Hadisə

Traktorun qəzaya düşməsi bir kəndi qazsız qoydu — FOTOLAR

Traktorun qəzaya düşməsi bir kəndi qazsız qoydu — FOTOLAR

Yanvarın 28-də səhər saatlarında Zərdab pambıqtəmizləmə zavoduna məxsus texnika rayonun Qazyan kəndi ərazisində diametri 108 mm olan yerüstü qaz xəttinin üzərinə aşıb.

Bu barədəDemokrat.az-a məlumat“Azəriqaz” İB-nin mətbuat xidmətindən daxil olub.

Məlumata görə, hadisə nəticəsində qaz xətti qırılıb. Qəzyan kəndinin bir hissəsi – təqribən 300 abonentin qaz təminatında fasilə yaranıb.

Hadisənin səbəbləri araşdırılır və fəsadların tezliklə aradan qaldırılması üçün tədbirlərin görülməsinə başlanılıb.

Demokrat.az

D
demokrat.az