Şou-biznes Özəl

Aşkın Nur Yenginin gizli sərvəti üzə çıxdı: ABŞ, İngiltərə və Fransada evlər...

Aşkın Nur Yenginin gizli sərvəti üzə çıxdı: ABŞ, İngiltərə və Fransada evlər...

"Ay İnanmıyorum" mahnısı ilə 90-cı illərə damğa vuran türk müğənni Aşkın Nur Yengi illər keçsə də, həm güclü səsi, həm də şəxsi həyatı ilə gündəmdə qalmağı bacarır. Bu dəfə isə məşhur sənətçi musiqisi ilə deyil, qoyduğu investisiyalarla diqqət çəkib. Məlum olub ki, Yengi qazancını illər ərzində səssiz şəkildə daşınmaz əmlaka yönəldib.

Demokrat.az xəbər verir ki, İstanbulda lüks yaşayış evlərinə sahib olduğu bilinən sənətçinin, yatırımlarını xaricə də daşıdığı iddia olunur. Bildirilir ki, o, İngiltərə, Fransanın Nitsa bölgəsi və ABŞ-da da mülklər alıb. Bu evlərin böyük hissəsinin prestijli və bahalı ərazilərdə yerləşdiyi qeyd edilir.

Bu addımları ilə şou-biznes dünyasında “sənət camiəsının gizli əmlak kraliçası” kimi adlandırılan Aşqın Nur Yenginin ümumi sərvəti maraq doğurub.

Jalə Demokat.az

NE
Nihadə Eyyubova