Ermənistanda keçirilən parlament seçkilərində səsvermə başa çatan kimi ilk rəy sorğularının nəticələri açıqlanıb. İlkin göstəricilər hakim komandanın rəqiblərini böyük səs fərqi ilə geridə qoyduğunu üzə çıxarıb.
"Civic News" tərəfindən yayılan exit-poll nəticələrinə görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası seçicilərin 56,7 faizinin səsini qazanaraq liderliyi ələ alıb.
İkinci yerdə isə rusiyalı milyarder Samvel Karapetyanın dəstəklədiyi müxalif “Güclü Ermənistan” Partiyası qərarlaşıb. Bu siyasi qüvvə səsvermədə iştirak edənlərin 17,5 faizinin rəğbətini qazana bilib.
Xatırladaq ki, yayılan rəqəmlər yalnız seçki məntəqələrinin çıxışında vətəndaşlar arasında aparılan sorğuların ilkin nəticələridir. Ermənistan Mərkəzi Seçki Komissiyasının bülletenləri saydıqdan sonra rəsmi rəqəmləri yaxın saatlarda elan edəcəyi gözlənilir.
İslam Demokrat.az


