Sağlamlıq Özəl

Piylənmədən əziyyət çəkənlərə şad xəbər: Bu şirə bədəndəki iltihabı tamamilə yox edir!

Piylənmədən əziyyət çəkənlərə şad xəbər: Bu şirə bədəndəki iltihabı tamamilə yox edir!

Alimlər artıq çəki zamanı orqanizmdə yaranan daxili iltihabı azaldan xüsusi bir qida formulu kəşf ediblər.

Demokrat.az xəbər verir ki, "Medical Xpress" elmi jurnalında dərc olunan araşdırmaya görə, likopin və izoflavonlarla zənginləşdirilmiş pomidor-soya şirəsi xroniki iltihab göstəricilərini sürətlə aşağı salır.

Tədqiqatın gedişatı və əldə olunan mühüm kliniki nəticələr:

Piylənmədən əziyyət çəkən könüllülər 4 həftə boyunca hər gün təxminən 180 ml həcmində iki banka pomidor-soya şirəsi qəbul ediblər. Bir ayın tamamında aparılan qan analizləri bədəndəki üç əsas iltihab markerinin (sitokinlərin) kəskin şəkildə azaldığını göstərib.

İAnalizlərin nəticələri sübut edib ki, adi pomidor şirəsi də iltihaba qarşı müsbət təsir göstərir, lakin tərkibinə soya əlavə edildikdə bu effekt daha da güclənir və müstəqil əlavə təsir formalaşdırır.

Mədəaltı vəzi xəstələrinə ümid də ola bilər bu şirə. Tədqiqat qrupunu idarə edən dosent Cessika Kuperstoun bildirib ki, bu şirənin güclü iltihabəleyhinə təsiri nəzərə alınaraq, hazırda pankreatit (mədəaltı vəzinin iltihabı) xəstələri üzərində də ilkin kliniki sınaqlara başlanılıb.

"Science Daily" jurnalında dərc olunan digər bir geniş araşdırma isə göstərir ki, lobya və soya kimi paxlalı qidaların müntəzəm istehlakı yüksək qan təzyiqi (hipertoniya) riskini 30%-ə qədər azaldır.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova