Sağlamlıq Özəl

Səhər bir qaşıq yeyən uzun müddət tox qalır

Səhər bir qaşıq yeyən uzun müddət tox qalır

Hər səhər 1 xörək qaşığı təbii yerfındığı əzməsi yemək qan şəkərini balansda saxlayır və bədənin enerji səviyyəsini qoruyur. Tərkibindəki lif, zülal və sağlam yağlar sayəsində bu qida həzmi ləngidir. Proses gün boyu yarana biləcək qəfil açlıq hissinin qarşısını alır və insanı uzun müddət tox saxlayır.

Demokrat.az bildirir ki, ekspertlərin fikrincə, lifli qidalar karbohidratların qana nəzarətli şəkildə daxil olmasına kömək edir. Eyni zamanda yerfındığı əzməsinin tərkibindəki maqnezium, kalium və E vitamini bədənin normal funksiyalarını dəstəkləyir. Günün ilk payında bu qida maddələrinin balanslı qəbulu sağlam səhər yeməyinin əsasını təşkil edir.

Faydalı xüsusiyyətlərinə baxmayaraq, yerfındığı əzməsi yüksək kalorili qida olduğu üçün porsiya nəzarəti vacibdir. Səhərlər tam taxıllı çörək, yulaf sıyığı və ya meyvələrlə birgə şəkərsiz və qatqısız məhsullardan istifadə edilməsi tövsiyə olunur.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova