“Qala Sığorta” ASC vətəndaşların gündəlik həyatda qarşılaşa biləcəyi risklərə qarşı daha etibarlı qorunması üçün “Multi Qala” sığorta məhsulunu təqdim edir.
Şirkətdən Demokrat.az-a verilən məlumata görə, “Multi Qala” vasitəsilə mənzildə olan dəyərli avadanlıqların qorunması ilə yanaşı, üçüncü şəxslər qarşısında yarana biləcək mülki məsuliyyət riskləri də sığorta təminatı altına alınır.
Məhsulun əsas üstünlüklərindən biri onun əlçatan olmasıdır. Belə ki, illik cəmi 40 manat ödəməklə vətəndaşlar həm ev əmlaklarını, həm də gözlənilməz hadisələr nəticəsində yarana biləcək məsuliyyətlərini bir məhsul çərçivəsində sığortalaya bilirlər. Bu həll mənzil sahiblərinə gündəlik həyatda daha rahat və arxayın yaşamaq imkanı yaradır.
Şirkət müştərilərə müxtəlif risklərə qarşı maliyyə təhlükəsizliyini təmin edən çevik və sərfəli sığorta məhsulları təqdim etməyə davam edir.
“Multi Qala” məhsulu və digər sığorta xidmətləri barədə ətraflı məlumat almaq istəyənlər “Qala Sığorta” ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, məhəllə 221 ünvanında yerləşən ofisinə müraciət edə və ya *4000 qaynar xətti ilə əlaqə saxlaya bilərlər.
Demokrat.az


