Dünya Özəl

Xameneinin dəfn hazırlıqları başlandı

Xameneinin dəfn hazırlıqları başlandı

İranda keçmiş Ali lider Əli Xameneinin dəfn mərasiminə hazırlıqlara başlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.

Məlumata görə, ABŞ və İsrail hücumları zamanı həlak olan Əli Xameneinin dəfn mərasimi müharibə şəraiti və təhlükəsizlik səbəbindən aylarla təxirə salınmışdı. Hazırda mərasimin təşkili üçün xüsusi koordinasiya mərkəzi yaradılıb və hazırlıq işləri davam etdirilir.

Tehran İslam Təbliğat Koordinasiya Şurasının sədri Möhsün Mahmudi bildirib ki, dövlət qurumları arasında koordinasiya təmin olunub və dəfn mərasiminin yüksək səviyyədə təşkili istiqamətində işlər aparılır.

Onun sözlərinə görə, mərasimdə ölkə daxilindən və xaricdən çoxsaylı qonaqların iştirakı gözlənilir.

Qeyd edək ki, Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin həyata keçirdiyi hücumların ilk mərhələsində həlak olub. Bundan sonra ölkə rəhbərliyi onun oğlu Müctəba Xameneiyə keçib. Aprel ayında Xameneinin vəfatının 40-cı günü ilə əlaqədar ölkənin müxtəlif bölgələrində anım tədbirləri keçirilsə də, təhlükəsizlik səbəbindən rəsmi dəfn mərasimi baş tutmamışdı.

Dəfn mərasiminin dəqiq tarixi ilə bağlı məlumatın hazırlıq işləri tamamlandıqdan sonra açıqlanacağı bildirilib.

Demokrat.az

NE
Nihadə Eyyubova