Şalğam xüsusilə kabab süfrələrinin vazkeçilməz içkilərindən biri kimi tanınsa da, sağlamlıq üçün faydaları ilə də diqqət çəkir. Mütəxəssislərin fikrincə, müntəzəm və ölçülü şəkildə istifadə edildikdə şalğamın orqanizmə bir sıra müsbət təsirləri olur.
Demokrat.az xəbər verir ki, fermentasiya olunmuş içki olan şalğamın tərkibində bənövşəyi kök, şalğam turpu və təbii probiotiklər mövcuddur. Bu səbəbdən onun həzm sistemi üzərində faydalı təsir göstərə biləcəyi bildirilir.
Mütəxəssislərə görə, 1 stəkan şalğam içildikdə orqanizmdə aşağıdakı təsirlər müşahidə oluna bilər:
* Həzmi dəstəkləyə bilər * Bağırsaq hərəkətlərini sürətləndirə bilər * Toxluq hissi yarada bilər * Probiotik təsiri ilə bağırsaq florasını dəstəkləyə bilər * Tərkibindəki antioksidantlar sayəsində immunitetə töhfə verə bilər * Orqanizmin maye ehtiyacının qarşılanmasına kömək edə bilər
Xüsusilə acılı şalğamın maddələr mübadiləsini sürətləndirə biləcəyi də qeyd olunur. Lakin mütəxəssislər yüksək duz tərkibinə görə həddindən artıq istifadədən çəkinməyi tövsiyə edir.
Qidalanma üzrə mütəxəssislər bildirirlər ki, şalğam balanslı şəkildə qəbul edildikdə sağlam içki alternativi sayıla bilər. Bununla yanaşı, yüksək təzyiq və böyrək xəstəlikləri olan şəxslərin onu nəzarətli şəkildə istifadə etməsi vacibdir.
Marketlərdə "acılı" və "acısız" variantları satılsa da, ev şəraitində təbii üsulla hazırlanan şalğam daha yüksək probiotik dəyərə malik olur və konservant tərkibli olmur. Qırmızı ilə bənövşəyi arasında dəyişən rəngi, yüngül turşməzə dadı və kəskin aroması ilə şalğam yalnız içki deyil, həm də bölgənin kulinariya mədəniyyətinin bir hissəsi sayılır.
Jalə Demokrat.az


