Şou-biznes Özəl

Afra bəyənmədi, Kənana yeni "sevgili" axtarılır — FOTO

Afra bəyənmədi, Kənana yeni sevgili axtarılır — FOTO

"A.B.İ." serialında gözlənilməz ayrılıq baş verib. Ekran işinin baş rol ifaçısı Afra Saraçoğlu layihəni tərk edir.

Demokrat.az xəbər verir ki, bu barədə jurnalist Birsen Altuntaş məlumat yayıb.

Onun sözlərinə görə, serialda vəkil Çağla obrazını canlandıran Afra Saraçoğlu 17-ci epizodda komanda ilə vidalaşacaq. Bu ayrılıqdan sonra digər baş rol ifaçısı Kənan İmirzalıoğluna yeni tərəfdaş axtarışlarına başlanılıb. Yeni mövsümdə İmirzalıoğlunun canlandırdığı Doğan obrazının yanında fərqli qadın baş rol ifaçısı yer alacaq.

Afra bəyənmədi, Kənana yeni sevgili axtarılır — FOTO

Dünən axşam 16-cı hissəsi ilə tamaşaçı qarşısına çıxan layihədə mühüm proqram dəyişikliyi də edilib. Qəbul olunan son qərara əsasən, ekran işinin mövsüm finalı tarixi irəli çəkilib. Serialın 17-ci hissəsi bayramdan sonra nümayiş olunacaq. Bundan dərhal sonra, 9 iyunda yayımlanacaq 18-ci epizodla layihə mövsüm finalına çıxacaq.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova