Şou-biznes Özəl

"A.B.İ." dən gözlənilməz ayrılıq — FOTO

A.B.İ. dən gözlənilməz ayrılıq — FOTO

Türkiyənin maraqlı seriallarından olan "A.B.İ." də gözlənilməz ayrılıq yaşanıb.

Demokrat.az xəbər verir ki, serialda vəkil "Çağla" obrazını canlandıran Afra Saraçoğlu layihə ilə vidalaşmağa hazırlaşır. Məlumata görə, aktrisanın son səhnələrinin çəkilişi artıq başa çatıb və o, serialın 17-ci bölümündə izləyicilərlə sağollaşacaq.

Mövsüm finalına doğru irəliləyən serialda bu ayrılığın ssenarinin gedişatına ciddi təsir göstərəcəyi bildirilir. Kenan İmirzalıoğlu tərəfindən canlandırılan "Doğan" obrazı həm ailə itkisi, həm də "Çağla"nın gedişindən sonra çətin bir dönəmə qədəm qoyacaq.

Serial yüksək izlənmə göstəriciləri qazansa da, baş rollardakı aktyorların yaş fərqi sosial mediada uzun müddət müzakirə mövzusu olmuşdu.

A.B.İ. dən gözlənilməz ayrılıq — FOTO

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova