Xarici siyasət

Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zimbabve Respublikasının vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Çivenqa Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də ölkəmizə səfərə gəlib.

Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

D
demokrat.az