Sosial

Mayis Musayev vəzifəsindən azad edildi

Mayis Musayev vəzifəsindən azad edildi

Azərbaycan Respublikasının Dövlət Məşğulluq Agentliyində kadr dəyişikliyi baş verib.

Demokrat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, qurumun Strateji əlaqələr departamentinin rəhbəri Mayis Musayev vəzifəsindən ayrılıb.

M.Musayev bu barədə sosial media hesabında paylaşım edib.

“Bu müddət ərzində əməkdaşlıq etdiyimiz bütün tərəfdaşlara, media nümayəndələrinə və dostlarımıza təşəkkür edirəm”, – deyə o bildirib.

Demokrat.az

NE
Nihadə Eyyubova