Sosial

ADY bu marşrut üzrə əlavə qatar reysləri təyin etdi

ADY bu marşrut üzrə əlavə qatar reysləri təyin etdi

Azərbaycan Dəmir Yolları (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 16 və 17 may tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Demokrat.az xəbər verir ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

ADY bu marşrut üzrə əlavə qatar reysləri təyin etdi

NE
Nihadə Eyyubova