Rusiyanın Krasnodar diyarında yerləşən məktəblərin birində dəhşətli hadisə yaşanıb. Doqquzuncu sinif şagirdi təhsil müəssisəsinə silahla daxil olaraq atəş açıb.
Demokrat.az xəbər verir ki, hadisə Qulkeviç rayonundakı 1 nömrəli məktəbdə qeydə alınıb. Yeniyetmə özü ilə gətirdiyi pnevmatik silahdan istifadə edərək iki şagirdi yaralayıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, həkimlər onların vəziyyətini qənaətbəxş hesab edirlər. Hadisədən sonra qaçmağa çalışan şagird polis tərəfindən tərəfindən saxlanılıb.
İlkin məlumatlara görə, yeniyetmənin bu addımı atmasına səbəb rus dili üzrə sınaq imtahanından kəsilməsi olub. İmtahanın şifahi hissəsini verə bilməyən şagirdin qəzəbi nəticəsində məktəbdə gərgin anlar yaşanıb.
Sarsıntı keçirən digər şagirdlərə və valideynlərə kömək məqsədilə hadisə yerinə psixoloqlar cəlb edilib.
Hazırda məktəb rəhbərliyi və mühafizə xidmətinin fəaliyyəti yoxlanılır. Yeniyetmənin silahı binaya necə keçirdiyi araşdırılır. Rayon prokuroru Vladimir Xlınov hadisə yerində xüsusi xidmət orqanlarının işini əlaqələndirir.
Demokrat.az


