Qaradağ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Ələt qəsəbəsində yaşayan 37 yaşlı A.Səfərova pəncərə silərkən ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxılıb.
Ağır xəsarətlər alan 1989-cu il təvəllüdlü qadın dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.(Apa)
Demokrat.az


