Türkiyədə çəkilən ailə görüntüləri sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Gəlinin yenidən ana olan qaynanasının xoş günündən paylaşdığı video diqqət çəkib.
Görüntülərdə ailə üzvlərinin bir araya gələrək körpənin sevincini bölüşdüyü əks olunub. Gəlinin qaynanasına göstərdiyi səmimi diqqət və dəstək izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Paylaşım qısa müddətdə çoxsaylı baxış toplayaraq müzakirələrə yol açıb. Sosial şəbəkə istifadəçiləri rəylərdə bu münasibətləri nümunəvi adlandırıblar. Hazırda sözügedən video sosial platformaların ən çox izlənilən videoları sırasındadır. (milli.az)
Demokrat.az

