Siyasət

Netanyahudan Xamenei ilə bağlı səmimi etiraf

Netanyahudan Xamenei ilə bağlı səmimi etiraf

İsrailin Baş naziri Benjamin Netanyahu İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin hələ də sağ olduğunu düşündüyünü açıqlayıb.

Netanyahu bu barədə CBS News telekanalına müsahibəsində danışıb. O bildirib ki, Müctəba Xameneinin hazırda harada olduğu dəqiq bilinmir.

“Onun sağ olduğuna inanıram. Harada gizləndiyini və vəziyyətinin necə olduğunu söyləmək çətindir. Ehtimal ki, bunkerdə və ya xüsusi qorunan məxfi bir yerdədir”, – deyə İsrail Baş naziri qeyd edib.

Netanyahu həmçinin vurğulayıb ki, Müctəba Xamenei hazırda ölkədə idarəetməni əlində saxlamağa çalışır. Bununla belə, onun hakimiyyət imkanlarının əvvəlki dövrlə müqayisədə daha zəif olduğunu da əlavə edib.

Demokrat.az

NE
Nihadə Eyyubova