Maraqlı Özəl

Zeytun və kəklikotulu duzlu keks resepti — Evi qoxusu ilə bürüyən dad

Zeytun və kəklikotulu duzlu keks resepti — Evi qoxusu ilə bürüyən dad

Zeytun və kəklikotulu duzlu keks resepti - Evi qoxusu ilə bürüyən dad

Keks adı çəkiləndə adətən şirin desertlər yada düşür. Lakin duzlu keks növləri son illərdə həm çay süfrələrində, həm də yüngül qəlyanaltı kimi geniş yayılıb. Zeytun və kəklikotunun bir araya gəldiyi bu resept isə həm aroması, həm də yumşaq teksturası ilə fərqlənir. Hazırlanması sadə olan bu keks gözlənilməz qonaqlar üçün də ideal seçim sayılır.

Demokrat.az zeytunlu və kəklikotulu duzlu keksin hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:

* 3 ədəd yumurta * 1 stəkan qatıq * Yarım stəkan bitki yağı * 1,5 stəkan un * 1 paket qabartma tozu * 1 stəkan doğranmış qara zeytun * 1 çay qaşığı duz * 1 çay qaşığı istiot * 1 desert qaşığı kəklikotu * İstəyə görə yarım stəkan ağ pendir (şor)

Hazırlanma qaydası:

Əvvəlcə yumurtalar dərin bir qabda çalınır. Daha sonra qatıq və bitki yağı əlavə edilərək qarışdırılır.

Un, qabartma tozu, duz, istiot və kəklikotu birlikdə ələnərək qarışığa qatılır və hamar xəmir alınana qədər qarışdırılır.

Hazırlanan xəmirin üzərinə doğranmış zeytunlar və istəyə bağlı olaraq pendir əlavə olunur, sonra yüngül şəkildə qarışdırılır.

Keks qarışığı əvvəlcədən yağlanmış qəlibə tökülür və 180°C-də isidilmiş sobada təxminən 35 dəqiqə bişirilir.

Üzəri qızardıqdan və içi tam bişdikdən sonra sobadan çıxarılır, bir qədər soyudulur və dilimlənərək servis edilir. Çay süfrələri üçün ideal olan bu keks isti halda daha ləzzətli olur. Nuş olsun!

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova