Region

İranda partlayış səsləri eşidildi

İranda partlayış səsləri eşidildi

İranın cənubunda yerləşən Bəndər-Abbas şəhərində güclü partlayışa bənzər səslər eşidilib.

Demokrat.az xəbər verir ki, "Fars News Agency"in məlumatına görə, şəhərin müxtəlif istiqamətlərində yaşayan sakinlər yüksək və partlayışı xatırladan səslər barədə bildiriblər. Hazırda bu səslərin haradan qaynaqlandığı dəqiq bilinmir və araşdırmalar davam etdirilir.

Bənzər səslərin Qeşm adası ərazisində də qeydə alındığı bildirilir. Bu barədə məlumatı Mehr News Agency yayıb.

Hadisənin səbəbi ilə bağlı rəsmi açıqlama hələ verilməyib.

Demokrat.az

NE
Nihadə Eyyubova