Sosial

Azərbaycanda nə qədər işsiz var? — Rəsmi açıqlama

Azərbaycanda nə qədər işsiz var? — Rəsmi açıqlama

Bu ilin yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 190,1 min nəfər olub, onlardan 4 938,5 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,11%, məşğul əhalinin sayı isə 1,21% artıb.

2020-ci il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 81,3 min nəfər olub, onların 37,7%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 276,4 manat təşkil edib. (APA)

Demokrat.az

D
demokrat.az