Xarici siyasət

Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılır — YENİLƏNİB

Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılır — YENİLƏNİB

Azərbaycanın Avropa parlamenti ilə bütün sahələrdə əməkdaşlıq əlaqələri dayandırılır.

Demokrat.az xəbər verir ki, bununla bağlı müddəa Milli Məclisin plenar iclasında müzakirə olunan qərar layihəsində əks olunub.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib. (report)

*** 11:31

Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul edəcək.

Demokrat.az xəbər verir ki, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova plenar iclasda məlumat verib.

İclasda Qərarın mətninin hazırlanması üçün komissiya yaradılıb. Komissiyanın sədri parlamentin vitse-spikeri Ziyafət Əsgərovdur. (report)

Demokrat.az

NE
Nihadə Eyyubova