Türk musiqisinin əfsanəvi ifaçısı Zerrin Özer uzun müddətdir müxtəlif sağlamlıq problemləri ilə mübarizə aparır. Çətin müalicə proseslərindən sonra ilk dəfə görüntülənən sənətçi son halı pərəstişkarlarını sevindirib.
Demokrat.az xəbər verir ki, onun yeni görüntüləri sosial şəbəkələrdə qısa zamanda minlərlə reaksiya toplayıb, izləyicilər isə sənətçinin sağlamlıq durumu ilə bağlı yenilənmiş məlumatları öyrənmək istəyir.
Zerrin Özer onurğa əməliyyatından sonra yaranan sağlamlıq problemləri ilə gündəmə gəlmişdi. Darülaceze nəzdində fəaliyyət göstərən fizioterapiya və reabilitasiya mərkəzində müalicəsini tamamlayan sənətçi daha sonra xəstəxanadan evə buraxılıb. Usta sənətçinin son görüntüsü ictimaiyyətə təqdim olunub və uzun fasilədən sonra ilk dəfə kameralar qarşısına çıxması onun pərəstişkarlarını sevindirib.
Zerrin Özer son dövrlərdə hərəkət imkanlarını məhdudlaşdıran nevroloji xəstəliklə gündəmdə idi. Beyin damarlarında daralma aşkarlandığı üçün tarazlıq problemi yaşadığı bildirilir. O, bu vəziyyəti aradan qaldırmaq üçün müalicəsini davam etdirir.
2022-ci ilin iyun ayında musiqi karyerasını dayandırdığını açıqlayan Zerrin Özer “dayana bilmirəm, dözülməzdir” demiş, lakin daha sonra bu qərarından geri çəkilmişdi.
Aprel ayında isə şəxsiyyət pozuntusu yaşadığı bildirilən sənətçi onurğa əməliyyatı keçirərək pərəstişkarlarını narahat etmişdi.
Bütün bu sağlamlıq proseslərindən sonra son görüntüsü ilə gündəmə gələn Zerrin Özer izləyicilərinə sevinc yaşadıb. Onun dəstəklə yeridiyi foto sosial şəbəkələrdə minlərlə şərh alıb.
Paylaşılan son foto qısa zamanda gündəmin ön sıralarına yüksəlib. Pərəstişkarları “daha yaxşı görünür” kimi şərhlər yazaraq ona dua və dəstək mesajları göndəriblər.
Jurnalistlərlə görüşündə o, “Həyatda ən böyük qorxum bir gün unudulmaqdır. Gənclər yeni mahnımı sevəcək, bunu hiss edirəm. Bu nəsli yaxşı tutmuşam” deyə bildirib.
14 aprel 2026-cı ildə leykozla mübarizə aparan Cansever üçün keçirilən gecədə iştirak edən Zerrin Özerin yeriməkdə çətinlik çəkdiyi müşahidə olunub. Səhnəyə oturaraq çıxan sənətçinin beyincik damarlarından ikisinin tutulduğu və bu səbəbdən təkbaşına yeriyə bilmədiyi qeyd edilib.

Jalə Demokrat.az


