Sağlamlıq Özəl

Qızartma üçün ən təhlükəsiz yağ məlum oldu — Kərə deyil

Qızartma üçün ən təhlükəsiz yağ məlum oldu — Kərə deyil

Mətbəxdə hansı yağdan istifadə etməli olduğunuzu hələ də dəqiqləşdirə bilmirsinizsə, amerikalı mütəxəssisin son araşdırmasına diqqət yetirməlisiniz. Sən demə, illərdir zərərli olduğu düşünülən bəzi bişirmə üsulları düzgün yağ seçimi ilə tamamilə təhlükəsiz ola bilər.

Demokrat.az xəbər verir ki, dietoloq Sapna Peruvemba qızartma və salatlar üçün ən faydalı bitki yağının adını açıqlayıb. O bildirib ki, zeytun yağı ürək sağlamlığı üçün vacib olan birdoymamış yağlarla və güclü antioksidant sayılan polifenollarla zəngindir.

"Zeytun yağı qandakı lipidlərin səviyyəsini və iltihabı azaldaraq ürək-damar sistemini qoruyur", — deyə Sapna Peruvemba qeyd edib.

Onun sözlərinə görə, zeytun yağının digər bitki yağlarından əsas fərqi yanma temperaturunun yüksək olmasıdır. Bu xüsusiyyət qızartma zamanı hüceyrə membranlarını zədələyən və orqanizmdə oksidləşdirici stress yaradan təhlükəli birləşmələrin yaranmasına imkan vermir.

Dietoloq vurğulayıb ki, rafinə edilmiş zeytun yağının yanma həddi 199-243 dərəcə, təbii sızma yağın isə 177-210 dərəcə arasındadır. Bu da onu gündəlik yemək hazırlığı üçün universal və təhlükəsiz seçiminə çevirir.

Yəni, yeməkləri qızardarkən zeytun yağı istifadə etmək həm ürəyi qoruyur, həm də yağın yanıb zəhərə çevrilməsinin qarşısını alır.

Aytən Demokrat.az

NE
Nihadə Eyyubova