Hadisə

Şamaxıda ağır qəza: Dörd nəfər xəsarət aldı

Şamaxıda ağır qəza: Dörd nəfər xəsarət aldı

Şamaxıda avtomobil qəzası baş verib.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq arakəsməyə çırpılıb. Hadisə nəticəsində 1972-ci il təvəllüdlü Süleyman Bayramov, 1961-ci il təvəllüdlü İmran

Ələkbərov, 1980-ci il təvəllüdlü İsmayıl Bayramov və 1984-cü il təvəllüdlü Əffət Camalova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

NE
Nihadə Eyyubova