Hadisə

Faciəvi şəkildə ölən Ruslanın FOTOSU

Faciəvi şəkildə ölən Ruslanın FOTOSU

Salyanda yol kənarında dayanan yük maşınına minik avtomobilinin çırpılması nəticəsində arada qalan piyada aldığı ağır xəsarətlərdən vəfat edib.

Demokrat.az xəbər verir ki, hadisə zamanı "VAZ" markalı minik avtomobili yol kənarında dayanan "Qazel"ə çırpılıb. Bu vaxt yük maşınının yanında duran 1986-cı il təvəllüdlü Ruslan Feyzullayev zərbənin təsirindən hər iki nəqliyyat vasitəsinin arasında sıxılıb qalıb.

Ağır xəsarətlər alan kənd sakini dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı tibb müəssisəsində dünyasını dəyişib.

Hazırda hüquq-mühafizə orqanları hadisənin dəqiq səbəblərini araşdırır. (qafqazinfo)

Demokrat.az

NE
Nihadə Eyyubova