Türkiyəli müğənni Çelikin Bakı konsertində xoşagəlməz hal yaşanıb.
Sənətçinin tamaşaçılara hörmətsizlik etdiyi görüntülər sosial şəbəkədə paylaşılıb. Bildirilib ki, sənətçi onunla foto çəkdirmək istəyən tamaşaçıları itələyib, onlara kobud davranıb.
Çelik məsələ ilə bağlı paylaşım edib. O, video yayımlayaraq "Çelik Bakıda niyə əsəbiləşdi? Siz olsanız nə edərdiniz?" sözlərini yazıb. Görüntüdə tamaşaçılardan birinin onun koftasından dartıb, şəkil çəkdirmək üçün ona oxumağa imkan vermədiyi əks olunub. (Axşam.az)
View this post on Instagram
Demokrat.az


