Niderland parlamentinin nümayəndələr palatasının aprelin 16-da keçirilən iclası cəfəngiyyatlara əsaslanan sənədin qəbulu ilə yadda qalıb.
Demokrat.az xəbər verir ki, Xristian Birliyi Partiyasının üzvü, deputat Don Seder erməni əsilli müharibə cinayətkarlarının azad olunması və "erməni soyqırımı"nın tanınması ilə bağlı iki layihə təqdim edib.
Əvvəlcə layihələrlə bağlı səsvermə növbəti günə təxirə salınıb. Amma plenar iclasın gecə saatlarına qədər davam etməsi səbəbindən son dəqiqələrdə səsverməyə çıxarılaraq təsdiqlənib.
Azərbaycana qarşı qərəzli sənədin qəbulubda canfəşanlıq edən Don Seder Niderland parlamentində ermənipərəst mövqeyi ilə tanınan şəxslərdəndir. 2021-ci ildən ölkəmizə qarşı qəbul olunan 9 sənəddən 8-nin müəllifi, birinin isə həmmüəllifidir.
Daha ətraflı AzTV-nin materialında:
Jalə Demokrat.az


