Şou-biznes

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub”

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub”

Görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin bu gün anım günüdür.

Axşam.az xəbər verir ki, bəstəkarın oğlu,Əməkdar incəsənət xadimi, professorNazim Mirişli “Xəzər Axşamı” verilişinə müsahibəsində maraqlı xatirəsini bölüşüb. Bəstəkarbildirib ki, atası səkkiz dəfə öz mahnılarını dinləyərəkəməliyyat olunub:

“Atam səkkiz dəfə əməliyyat olunmuşdu. Şəfqət bacıları yutubdan onun mahnılarını tapıb, sıra ilə səsləndirmişdilər. Atam musiqisini dinləyə-dinləyə onu əməliyyat edirdilər.

Əməliyyatdan çıxanda dedi ki, mən belə şey eşitməmişdim ki, öz musiqilərinin sədası altında kimisə əməliyyat etsinlər. Belə bir şey var, klassik musiqi bir terapiya sayılır. Onunla xaricdə əməliyyat aparırlar. Amma atamı öz mahnıları ilə əməliyyat etdilər. Hiss də etməyib ki, əməliyyat necə başladı və bitdi”.

Qeyd edək ki, bu gün Ramiz Mirişlinin vəfatından 11 il ötür.

Demokrat.az

NE
Nihadə Eyyubova