Naxçıvanın Ordubad rayonunda əlverişsiz hava şəraiti nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Güclü yağışlar rayonda ciddi fəsadlara yol açıb.
Demokrat.az xəbər verir ki, Ordubad-Pəzməri avtomobil yolunun 24-cü kilometrliyində qaya uçqunu baş verib. Dağdan qopan nəhəng daş parçaları yolun hərəkət istiqamətinə tökülərək nəqliyyatın qarşısını kəsib. Hadisə zamanı ərazidəki infrastruktur obyektlərinə də müəyyən ziyan dəyib.
Yaranmış problemin aradan qaldırılması üçün Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və əməkdaşları dərhal hadisə yerinə yollanıb. Aparılan intensiv təmizləmə işləri sayəsində yolun bir hissəsində hərəkəti bərpa etmək mümkün olub. Hazırda yolun tamamilə təmizlənməsi və hərəkətin normal axarına qayıtması üçün işlər davam etdirilir.(report)



Demokrat.az


