Cəmiyyət

AAYDA-nın iki idarə rəisi işdən çıxarıldı

AAYDA-nın iki idarə rəisi işdən çıxarıldı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki idarə rəisi vəzifələrindən azad olunub.

Demokrat.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmrlər imzalayıb.

Belə ki,Elşən CəfərovNəqliyyat İdarəsinin rəisi vəzifəsindən,Cavanşir Quliyevisə İşlər və Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsindən azad ediliblər.

Qurumun Çağrı Mərkəzindən hər iki idarə rəisinin işdən çıxdığı təsdiqlənib.

Demokrat.az

NE
Nihadə Eyyubova