Şou-biznes

“Boş söhbətdir, cəhənnəm olsun” — Siyavuş Kərimidən Almaxanıma cavab (VİDEO)

“Boş söhbətdir, cəhənnəm olsun” — Siyavuş Kərimidən Almaxanıma cavab (VİDEO)

Ötən il Baku TV-nin “Aktual Gündəm” verilişində çıxış edən müğənni Almaxanım Əhmədli Xalq artisti Siyavuş Kəriminin Respublika “Muğam” və beynəxalq müsabiqədə qaliblərin yerlərini pulla satdığını iddia etmişdi.

Demokrat.az Bakupost.az-a istinadən xəbər verir ki, AStar Tv “YouTube” layihəsinə qonaq olan Xalq artisti Siyavuş Kərimi bu iddialara yenidən münasibət bildirib.

S. Kərimi səsləndirilən fikirləri təkzib edərək deyib:

“Konservatoriyada heç bir fond olmayıb. Boş söhbətdir. Şahların dalınca həmişə danışırlar. Mənə zəng etdilər, dedim cəfəngiyyatdır, mən ona niyə reaksiya verməliyəm? Boş söhbətdir, cəhənnəm olsun. Getsin sübut etsin”.

D
demokrat.az