Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qiyabi və Əlavə Təhsil Mərkəzinin üçüncü kurs tələbəsi Ülvi Xasayzadə dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, bu barədə ali təhsil müəssisəsi rəsmi məlumat yayıb. Universitet rəhbərliyi və kollektivi tələbənin vəfatı ilə bağlı kədərləndiklərini bildiriblər.
Ülvi Xasayzadə həm də Vətən müharibəsinin iştirakçısı olub. O, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən hərbi əməliyyatlarda fəal iştirak edib. Cəbrayıl, Füzuli və Qubadlı istiqamətlərində göstərdiyi rəşadətə görə müxtəlif medallarla təltif edilib.
Demokrat.az


