Hadisə

SON DƏQİQƏ! Xəzər dənizində yenə zəlzələ oldu —YENİLƏNİB

SON DƏQİQƏ! Xəzər dənizində yenə zəlzələ oldu —YENİLƏNİB

Xəzər dənizində 3,8 maqnitudalı zəlzələ olub.

Demokrat.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla aprelin 14-ü saat 10:00-da qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 5 kilometrdir.

Qeyd edək ki, aprelin 14-ü saat 06:43-də Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin ocağı 50 kilometr dərinlikdə olub.

Xatırladaq ki, bu gecə saat 03:03-də də təkanlar qeydə alınıb. Belə ki, 3.2 maqnitudalı zəlzələnin ocağı 29 kilometr dərinlikdə olub.

*** 08:20

Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla aprelin 14-ü saat 06:43-də qeydə alınan zəlzələnin ocağı 50 kilometr dərinlikdə olub.

*** 05:09

Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla aprelin 14-ü saat 03:03-də qeydə alınan zəlzələnin ocağı 29 kilometr dərinlikdə olub.

Qeyd edək ki, son günlər Xəzər dənizində seysmoloji aktivlik müşahidə edilir.

Demokrat.az

NE
Nihadə Eyyubova