"Yalı Çapkını" serialının aktrisası Aleyna Bozok İstanbulda keçirilən əməliyyat zamanı saxlanılıb. Aktrisa qadağan olunmuş maddələrin istifadəsi şübhəsi ilə saxlanılıb.
İstanbul Prokurorluğunun yaydığı məlumata əsasən, aprelin 12-nə keçən gecə keçirilən genişmiqyaslı əməliyyat zamanı ümumilikdə 17 nəfər tutulub. Bildirilir ki, cinayət işi üzrə ümumilikdə 24 nəfər şübhəli şəxs qismində müəyyən edilsə də, onlardan bir neçəsi hazırda ölkə xaricindədir.
Saxlanılanlar arasında Aleyna Bozokla yanaşı, keçmiş futbol hakimi Elif Karaarslan, klub sahibi Ali Koz və bir sıra tanınmış sosial şəbəkə fenomenləri də var.
Faktla bağlı araşdırma aparılır.






Jalə Demokrat.az


