Yaz aylarında bir çox insanın şikayət etdiyi problemlərdən biri də gözlərdə qaşınma və sulanmadır. Bu hallar əksərən zərərsiz görünsə də, bəzi hallarda ciddi narahatlıqlara və fəsadlara səbəb ola bilər.
Bunun bir çox səbəbi var. Bəs görəsən, bu səbəblər nədir?
Yaz mövsümündə havada tozcuqların (polenlərin) artması gözlərdə allergik reaksiyalara səbəb olur. Bu vəziyyət tibbdə Allergik konjonktivit adlanır.
Əsas səbəblər:
Bitki və ağac tozcuqları Toz və külək Günəş şüalarının təsiri Kontakt linzaların düzgün istifadə olunmaması
Əlamətləri Gözlərdə qaşınma Sulanma və yaşarma Qızartı Yanma hissi İşığa qarşı həssaslı
Ziyanı nədir?
Sadə görünsə də, bu problemi laqeyd yanaşmaq düzgün deyil: 1. Gözün zədələnməsi Qaşınan gözü davamlı ovuşdurmaq gözün üst qatını (korneanı) zədələyə bilər. 2. İnfeksiya riski Əl ilə gözə toxunmaq bakteriyaların keçməsinə səbəb olur və bu da infeksiyaya gətirib çıxara bilər. 3. Görmə keyfiyyətinin azalması Uzun müddət davam edən allergiya göz quruluğu və bulanıq görməyə səbəb ola bilər. 4. Xroniki hala keçmə Müalicə olunmazsa, allergiya mövsümi yox, daimi problemə çevrilə bilər.
Nə etmək lazımdır? Gözləri ovuşdurmamaq Çöldən gəldikdən sonra üz və gözləri yumaq Gün eynəyindən istifadə etmək Həkim məsləhəti ilə antihistamin damcılar istifadə etmək Tozlu və küləkli havalarda qorunmaq Qaşınma uzun müddət keçmirsə, gözlərdə irin və ya güclü ağrı varsa, görmədə zəifləmə hiss olunursa həkimə müraciət edilməlidir.(axsam.az)
Demokrat.az


