Cəmiyyət Özəl

"Rent a car" xidməti bahalaşa bilər — AÇIQLAMA

Rent a car xidməti bahalaşa bilər — AÇIQLAMA

"Rentacar" xidməti göstərən avtomobillər üçün sığorta haqlarının artırılması təklif olunur. Bu qərarın bazarda mövcud qiymətlərə və xidmət strukturlarına necə təsir göstərməsi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı sığorta məsələləri üzrə ekspert Şahin İsmayılov Demokrat.az-a bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin icbari sığorta haqqının hesablanmasında yeni əmsalların tətbiqi barədə qərar verilib:

"Bu, taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin bütün gün ərzində hərəkətdə olması və böyük risk daşımaları ilə əlaqədar qəbul olunmuş qərardır. İcbari sığorta haqqı üçün 1.5 əmsalı tətbiq olunacaq".

Ekspert deyib ki, "Rentacar" xidməti göstərən avtomobilləri də bu kateqoriyaya şamil etmək mümkündür, çünki bu tip avtomobillər ayrı-ayrı sürücülər tərəfindən idarə olunur və onların sürücülük təcrübəsi müxtəlif olur.

"Belə avtomobillər tərəfindən qəzaların törədilməsi qaçılmazdır və sığorta şirkətləri üçün əlavə risk yaradan kateqoriyaya aiddirlər. Amma hələ ki, bu barədə hansısa bir qərar yoxdur və belə bir qərarın verilib-verilməyəcəyi barədə məlumat daxil olmayıb"- deyə o bildirib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova