Beyləqan rayonunda 41 yaşlı kişi arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları evdə baş verib. 1985-ci il təvəllüdlü İntiqam yaşadıqları evdə arvadı Zülfiyyə (adlar şərtidir – red.) ilə mübahisə edib.
İntiqam yaşadıqları evin qonaq otağın pəncərəsinin çirkli olduğuna görüb və buna görə arvadına öz iradını bildirib. Aralarında yaranmış mübahisə zamanı Zülfiyyənin baş nahiyəsindən bir dəfə yumruqla vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İntiqamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxslə barışıq əldə edib.
Zərərçəkmiş şəxs bildirib ki, təqsirləndirilən şəxs ilə barışıb, ona dəymiş ziyan tam ödənilib. O, məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.
Astara Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


