Xalq artisti Mələkxanım Eyubovanın bloqer qızı Nəzrin Nəcəfova paylaşımı ilə diqqət çəkib.
Demokrat.azbildirir ki,Nəzrin doğuş prosesindən görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Videoda onun əməliyyata həyat yoldaşı ilə birlikdə daxil olduğu da əks olunub.
Nəzrin paylaşımında qızına duyğusal sözlərlə müraciət edib:
“Xoş gəldin, qızım. Səninlə həyatımız tamam başqa rəng aldı. Bu anlar bizim üçün ən unudulmaz, dəyərli xatirələr oldu. Səni çox sevirik, balaca möcüzəmiz”.
Ata olan Mərdan Kazımov da sevincini izləyiciləri ilə bölüşüb. O, körpəsi ilə fotosuna belə yazıb:
“Ailəmizə xoş gəldin, gözəl qızım. Adını Şirin qoydum, həyatın da adın kimi şirin olsun, inşallah”.
View this post on Instagram













