Dünya

SEPAH Təngsirinin ölümünü təsdiqlədi

SEPAH Təngsirinin ölümünü təsdiqlədi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsirinin həlak olduğu rəsmi şəkildə təsdiqlənib.

Demokrat.az xəbər verir ki, məlumat TASS vasitəsilə İranın dövlət teleradio qurumuna istinadən yayılıb.

SEPAH-ın açıqlamasında bildirilib ki, kontr-admiral Təngsiri aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.

Xatırladaq ki, martın 26-da İsrael Kats və Pit Heqset də Təngsirinin öldürüldüyünü açıqlamışdı.

Demokrat.az

NE
Nihadə Eyyubova