Martın 27‑də İranın raket və pilotsuz uçuş aparatları ilə Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan Hərbi Hava Bazası hədəfə alınıb. Bu hücum nəticəsində ABŞ Silahlı Qüvvələrinə məxsus çoxsaylı aviasiya texnikası zədələndiyi, o cümlədən “E‑3 Sentry” kəşfiyyat‑radar təyyarəsinin də vurulduğu bildirilir.
“The Wall Street Journal” və bir sıra beynəlxalq mənbələrə görə, E‑3 Sentry adlanan AWACS tipli təyyarə İranın hücumunda zədələnib və bu, ABŞ‑nin regiondakı əməliyyatlarının kritik elementi kimi qiymətləndirilir.
Əksər hesabatlarda vurğulanır ki, hadisə Səudiyyə Ərəbistanında ABŞ hərbi bazasına edilən raket və dron zərbələri zamanı baş verib və bu hücumda bir neçə amerikalı əsgər yaralanıb.
Qeyd edək ki, məlumat hələ rəsmi şəkildə ABŞ Müdafiə Nazirliyi və ya digər rəsmi qurumlar tərəfindən tam təsdiqlənməyib. Rəsmi açıqlamalarda yalnız “baza zərər görüb” və “hava vasitələrinin bir neçəsi zədələnib” ifadələri yer alır, konkret olaraq hansı tip təyyarənin vurulduğu barədə qəti məlumat yoxdur.
İslam Demokrat.az


