Türkiyənin tanınmış aktyoru Mert Yazıcıoğlu yeni sevgilisi ilə ilk dəfə kameralar qarşısına keçib. "Kuruluş Osman" serialında "Orhan bəy" obrazını canlandıran aktyorun məşhur psixiatr Gülseren Budayıcıoğlunun nəvəsi Zeynep Artukmac ilə eşq yaşadığı rəsmiləşib.
Cütlük birlikdə qatıldıqları film qalasında görüntülənərək münasibətlərini gizlətməyiblər.
Jurnalistlərin yeni münasibətləri barədə verdiyi sualları təbəssümlə qarşılayan Yazıcıoğlu "Hər şey yaxşıdır, onları sonra danışarıq" deyərək qısa cavab verməklə kifayətlənib.
Daha sonra aktyorun yeni sevgilisi Zeynep Artukmac ilə keçmiş tərəf müqabili və sevgilisi Afra Saraçoğlunun illər əvvəl bir yerdə çəkilmiş videosu üzə çıxıb.
Aytən Demokrat.az




