Maraqlı Özəl

Dünyanın ən dadlı paxlavaları açıqlandı — Azərbaycan siyahıda yoxdur

Dünyanın ən dadlı paxlavaları açıqlandı — Azərbaycan siyahıda yoxdur

Dünya mətbəxləri üzrə ixtisaslaşmış TasteAtlas ən dadlı paxlava növlərinin yeni reytinqini yayıb. İstifadəçi qiymətləndirmələri əsasında hazırlanan siyahıda əsas üstünlük Türkiyə mətbəxinə verilib.

Reytinqin ilk pillələrində fıstıqlı sarma, Gaziantep paxlavası və şöbiyet kimi desertlər qərarlaşıb. Ümumilikdə ilk sıralarda yer alan nümunələrin böyük əksəriyyəti Türkiyəyə məxsusdur.

Siyahıda həmçinin Livan və digər Yaxın Şərq ölkələrinə aid paxlava növləri də yer alıb.

Fıstıqlı sarma (Türkiyə) Gaziantep paxlavası (Türkiyə) Şöbiyet (Türkiyə) Burma kadayıf (Türkiyə) Bülbül yuvası (Türkiyə) Kestaneli paxlava (Türkiyə) Asabi (Livan) Ballourieh (Yaxın Şərq) Sütlü nuriye (Türkiyə) Faysalieh (Livan)

Diqqət çəkən məqamlardan biri isə Azərbaycan paxlavasının bu siyahıda yer almamasıdır. Reytinq konkret paxlava növləri üzrə tərtib olunduğundan daha çox beynəlxalq səviyyədə tanınan adlar üstünlük təşkil edib.

Bununla belə, Azərbaycan mətbəxi ümumilikdə platformada yüksək qiymətləndirilir. Ayrı-ayrı siyahılarda qutab kimi milli yeməklər dəfələrlə ön sıralarda göstərilib.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova