Ermənistanda parlament seçkiləri ərəfəsində siyasi gərginlik etik çərçivələri aşmağa başlayıb. Baş nazir Nikol Paşinyan sosial media hesabından keçmiş prezident Robert Koçaryana qarşı təhqiramiz ifadələr işlədib.
Paşinyan videomüraciətində rəqibinin daha əvvəl səsləndirdiyi fikirlərə sərt reaksiya verib. Koçaryanın "Siyasətçi eşşək kimi anqırsa, milyonlarla baxış qazanar" sözlərinə cavab olaraq Baş nazir ona məhz bu hərəkəti etməyi "təklif edib". "Mən cənab Koçaryanın özünün eşşək kimi anqırmasını təklif edirəm, həm də həvəslə", - deyə Paşinyan bildirib.
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-nə təyin edilib. Seçki kampaniyası yaxınlaşdıqca tərəflər arasında qarşılıqlı ittihamların daha da kəskinləşəcəyi gözlənilir.
İsmayıl Demokrat.az


