Hadisə

Azərbaycanlı tələbə qəfil öldü

Azərbaycanlı tələbə qəfil öldü

Gəncə Dövlət Universitetinin tələbəsi vəfat edib.

Demokrat.az xəbər verir ki, universitetdə təhsil alan 1999-cu il təvəllüdlü Əlizadə Fərman Etibar oğlu dünyasını dəyişib.

Tələbənin qohumları modern.az-a bildiriblər ki, o, ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, F.Əlizadə Birinci Qarabağ müharibəsi qazisi, Cəbrayıl rayon sakini Etibar Əliyevin oğludur.

Demokrat.az

NE
Nihadə Eyyubova