Azərbaycanın ən məşhur elan saytları olan "turbo.az", "tap.az" və "bina.az" kimi platformaların sahibi Mixael Lomtadze yenidən Gürcüstanın ən varlı şəxsi seçilib. "Forbes" nəşrinin 2026-cı il üçün yenilənmiş milyarderlər reytinqində Batumi doğumlu iş adamı liderliyini qoruyub.
Demokrat.az-ın məlumatına görə onun ümumi sərvəti son bir ildə 100 milyon dollar artaraq 6 milyard dollara çatıb. Bu göstərici ilə o, dünya zənginləri siyahısında 680-ci pillədə qərarlaşıb.
Qazaxıstanın nəhəng fintex holdinqi "Kaspi.kz"nin rəhbəri olan Lomtadze Azərbaycandakı aktivlərini "DIGITAL CLASSIFIEDS" MMC vasitəsilə idarə edir. 2021-ci ildə Bakıda qeydiyyatdan keçən bu şirkətin qanuni təmsilçisi isə digər Gürcüstan vətəndaşı Mamuka Krivalidzedir.
Həmçinin oxu: 'Simic kişi kimə lazımdır? Onu yanında necə kişi kimi görə bilərsən?' Bakıda restoranda aktrisanın başına iş gəldi — Saxlanılanlar var Bakıda qadınların 200-1000 manata aşkar 'satışa' çıxarıldığı əxlaqsız sayt kimindir?
Siyahının digər maraqlı məqamı "Gürcü Arzusu" partiyasının yaradıcısı Bidzina İvanişvili ilə bağlıdır. O, 2,7 milyard dollarlıq sərvəti ilə reytinqdə 1543-cü yerdədir. Ekspert qeydlərinə görə, İvanişvilinin kapitalı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Əgər 2025-ci ilə qədər onun mülkü 4,9 milyard dollar qiymətləndirilirdisə, hazırda aktivlərin şəffaflığının azalması səbəbindən rəqəmlər yenidən nəzərdən keçirilib. Beləliklə, İvanişvili 2024-cü ildə itirdiyi "ən varlı gürcü" titulunu hələ də geri qaytara bilməyib.
Demokrat.az


