Cəmiyyət

Azərbaycanlı cütlük şəkil çəkdiyinə görə Kiprdən deportasiya edildi

Azərbaycanlı cütlük şəkil çəkdiyinə görə Kiprdən deportasiya edildi

Kiprdə saxlanılan azərbaycanlı gənc və onun estoniyalı sevgilisi ölkədən çıxarılıb.

Demokrat.az xəbər verir ki, məlumatı “Kiprinform” portalı yayıb.

Bildirilib ki, 28 yaşlı Azərbaycan vətəndaşı və 27 yaşlı estoniyalı sevgilisi deportasiya qərarından əvvəl iki həftə istintaq təcridxanasında saxlanılıb. Onlar fevralın 27-də həbs olunublar.

İddialara görə, cütlük Larnaka, Limassol və Pafos şəhərlərində İsrailə məxsus daşınmaz obyektləri izləmək və həmin məkanların şəkillərini çəkməkdə şübhəli bilinib.

Məhkəmə araşdırma müddətində onların barəsində deportasiya həyata keçirilənədək həbs qətimkan tədbiri seçib. Sonradan hər iki şəxs ölkədən çıxarılıb. (Qafqazinfo)

Demokrat.az

NE
Nihadə Eyyubova