Siyasət

“Borçalı”nın parçalanmasının arxasında Ramiz Mehdiyevlə Zakir Qaralov dayanırdı — SENSASİON İDDİA

“Borçalı”nın parçalanmasının arxasında Ramiz Mehdiyevlə Zakir Qaralov dayanırdı — SENSASİON İDDİA

“Borçalı” İctimai Birliyinin 2009-cu ildən sonrakı uzunmüddətli dönəminin məsuliyyəti mənim üzərimdə idi. Həmin dövr ərzində dinamika, fəallıq hamının yadındadır”.

Demokrat.az xəbər verir ki, bunuBakıvaxtı.az-a açıqlamasındaictimai-siyasi xadim, "Borçalı" Cəmiyyətinin keçmiş sədri Zəlimxan Məmmədlideyib.

Onun sözlərinə görə, Gürcüstanda yaşayan soydaşlarımızla bağlı hazırlanan layihələr, “Elat bayramı” ilə bağlı keçirilən tədbirlər həmişə diqqət mərkəzində olub:

“O cümlədən, “1+4” təhsil proqramının ideya müəlliflərindən biri mən idim. Gənclərimiz təşkilatlanması, onların ictimai-siyasi proseslərə təşviq edilməsi də nəticələr verdi”.

Dediyinə görə, ancaq 2016-cı ildə “Borçalı” İctimai Cəmiyyətinin yığıncağının təşkil edilməsi və Kərəm Məmmədovun sədr seçilməsi tamamilə qanunsuz olaraq, şəxsimə və Cəmiyyətin aktiv fəaliyyətinə qarşı hazırlanmış bir diversiya idi.

“Borçalı”nın parçalanmasının arxasında Ramiz Mehdiyevlə Zakir Qaralov dayanırdı — SENSASİON İDDİA

Zəlimxan Məmmədli: “Borçalı” cəmiyyətinin bir neçə yerə parçalanmış halda olmasından olmaması daha yaxşıdır

Zəlimxan Məmmədli vurğulayıb ki, bu, Ramiz Mehdiyevin rəhbərliyi və ozamankı baş prokuror Zakir Qaralovun birbaşa himayəsi ilə anti-konstitusion bir mənimsəmə idi. Bu, tarixdir”.

Müsahibimiz qeyd edib ki, “Borçalı” cəmiyyətinin indiki fəaliyyətini dövrü mətbuatdan, sosial şəbəkədən izləyir:

“Bu cəmiyyətin fəaliyyəti yetərli deyil və diqqət daha çox Gürcüstanda yaşayan soydaşlarımıza yönəlməli, dövlət orqanları, Diaspor Komitəsi, səfirlik o cür gənclərimizi himayə etməli və təşkilatlanma işi sürətli getməlidir. “Borçalı” cəmiyyətinin süni şəkildə bir neçə yerə parçalanmış halda olmasından olmaması daha yaxşıdır. O baxımdan, indiki fəaliyyət məni qətiyyən qane etmir. Çünki cəmiyyətin indiki fəaliyyəti qurumun fəlsəfəsinə yox, üç-beş nəfərin şəxsi maraqlarına hesablanıb. Bu da bizim düşüncəmizə tamamilə ziddir”

Demokrat.az

NE
Nihadə Eyyubova