Hadisə

Sumqayıtda evdə partlayış olub, yaralılar var

Sumqayıtda evdə partlayış olub, yaralılar var

Sumqayıt şəhərində evdə partlayış hadisəsi baş verib.

Demokrat.az "Report"a istinadla məlumat verir ki, hadisə şəhərin 47-ci məhəlləsində yaşayış binalarının birində qeydə alınıb.

Partlayış nəticəsində 1994-cü il təvəllüdlü Elçin Varyat oğlu Verdiyev və 1973-cü il təvəllüdlü İxtiyar Ağayar oğlu İxtiyarov xəsarət alıblar.

Onlar dərhal xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

NE
Nihadə Eyyubova