Bakı Dövlət Sirki unikal sirk proqramı "Səmaya Yüksələnlər”i təqdim edir.
Demokrat.az xəbər verir ki, şouya müxtəlif dövrlərdə Beynəlxalq Sirk Festivallarının mükafatçıları olmuş, Avropanın 5 ölkəsini – Ukrayna, İspaniya, Fransa, Almaniya və Rusiyanı – təmsil edən dünya səviyyəli sənətçilər qatılacaq.
Tamaşaçılar unudulmaz anlar yaşamaq üçün aşağıdakı nömrələri izləyə biləcəklər:
* Kolqanov–Beloqorlov kloun dueti (Rusiya) – gülüş və əyləncə dolu çıxış *Təlimləndirilmiş itlər və atlarla nömrələr – tamaşaçıları valeh edəcək performanslar * Nikulin Sirkinin hava trapesiya nömrəsi – möhtəşəm akrobatika * Yelləncəkdə akrobatik çıxışlar – həyəcan dolu anlar * Avropanın məşhur turnik akrobatik dueti – izləyiciləri heyran edəcək * Kəmərlərdə və pilonda hava akrobatikası – nəfəs kəsən performans * Atlardakı akrobatik nömrələr – ecazkar qızların çıxışı
Hava akrobatikasının müxtəlif janrlarına xüsusi yer ayrılan şou, hər nömrəsi ilə tamaşaçıları möcüzəli bir dünyaya aparacaq.
Təqdimat tarixləri:
* 14, 15, 20, 21, 22 və 30 mart – gündə 1 seans * 23–29 mart – gündə 2 seans
Məkan: Tamaşa Su İdman Sarayının yanında inşa edilmiş nəhəng şapitoda


