Fransa Prezidenti Emmanuel Makron regionda baş verən son hadisələr fonunda Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı apardığını açıqlayıb. Demokrat.azxəbər verir ki, Makron bu barədə X sosial şəbəkəsində Azərbaycan dilində paylaşım edib. Fransa liderinin sözlərinə görə, o, region ölkələrinin rəhbərləri ilə keçirdiyi məsləhətləşmələr çərçivəsində Prezident İlham Əliyevlə danışaraq İranın Azərbaycan ərazisinə endirdiyi zərbələrdən sonra ölkəmizə dəstək və həmrəylik ifadə edib.

Demokrat.az


